...

NATO təlimləri çərçivəsində Ermənistanla sərhədlərin açılması Türkiyə-Azərbaycan maraqlarına ciddi zərbə olar - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2010 15:15 (UTC +04:00)
NATO təlimləri çərçivəsində Türkiyənin Ermənistanla sərhədlərin açılması Türkiyə-Azərbaycan maraqlarına ciddi zərbə olar.
NATO təlimləri çərçivəsində Ermənistanla sərhədlərin açılması Türkiyə-Azərbaycan maraqlarına ciddi zərbə olar - deputat

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir M. Əliyev/

NATO təlimləri çərçivəsində Türkiyənin Ermənistanla sərhədlərin açılması Türkiyə-Azərbaycan maraqlarına ciddi zərbə olar. Bunu şənbə günü Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

"Türkiyə siyasi elitası da bu fikrdədir və indiki dövrdə Azərbaycan tərəfi tam əmindir ki, əks- addım baş verməyəcək", - millət vəkili bildirib.

Yayılan məlumatda Türkiyənin sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmədiyi bildirilib. Lakin Türkiyə XİN başçısı Əhməd Davudolğlu bu məliumatı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

Orucun fikrincə, hər bir halda, Türkiyənin siyasi rəhbərliyi verdiyi bəyanatlara sadiq qalacaq, çünki Türkiyə-Azərbaycan ittifağının dağılması, ilk növbədə, Türkiyəyə zərbə olar, onun Qafqazdakı roluna təsir göstərə bilər.

"Türkiyə onun fərqindədir ki, böyük dövlətçilik təcrübəsinə, regionda güclü hərbi imkanlara malik olsa da, "sərhədlərin açılması" mövzusunda beynəlxalq təsirlər və təyziqlər qarşısındadır ", - Zahid Oruc bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti