...

Pakistan mətbuatında Dağlıq Qarabağ haqda məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2010 16:19 (UTC +04:00)
Pakistan mətbuatında Dağlıq Qarabağ haqda məqalə dərc olunub
Pakistan mətbuatında Dağlıq Qarabağ haqda məqalə dərc olunub

Azərbaycan, Bakı, 28 avqust /Trend,

Pakistanda geniş yayılmış və urdu dillində nəşr olunan "Əl-qəmər" qəzetində, Pakistanın tanınmış jurnalistlərindən olan Raca Əmir Bhattinin qələmə aldığı "Dağlıq Qarabağ konflikti" adlı məqalə çap olunmuşdur. Bu haqa Trend -ə Azərbaycanın Pakistandakı səfirliyindən daxil olan məlumatda bildirilib.

Məqalədə müəllif Dağlıq Qarabağın tarixi keçmişindən, ermənilərin bu ərazilərə köçürülmə siyasətindən söz açaraq, bu ərazilərin tarixi sakinlərinin azərbaycanlıların olduğunu vurğulamışdır. Bunlarla yanaşı müəllif məqalədə Dağlıq Qarabağ məsələsinin ortaya çıxma tarixcəsinə, danışıqlar prosesinin gedişatına və ölkəmizin bu məsələdəki mövqeyinə geniş yer vermişdir. Məqalədə ermənilərin Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin 20 faizini işğal etdiyi qeyd olunaraq, BMT Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar Azərbaycanın lehinə çıxardığı qətnamələrə ermənilərin məhəl qoymadığı vurğulanmış və ermənilərin işğal olunmuş ərazilərdə nümayiş etdirdikləri vandalizmə də yer verilmişdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalənin mətnini aşağıdakı linkdən əldə etmək olar.

http://alqamar.info/2010/2010/08/27/nagorno-karabakh.html

Xəbər lenti

Xəbər lenti