...

Azərbaycan tərəfi BMT-də ölkənin işğal olunmuş əraziləri haqqında sənədin baxılmasının təxirə salınmasını təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2010 01:29 (UTC +04:00)
Azərbaycan tərəfi BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasının gündəliyində olan "Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması" haqqında A/64/L.57 saylı qətnamə layihəsinin baxılmasının təxirə salınması və "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 18-ci bəndin Baş Assambleyanın 65-ci sessiyasının gündəliyinə salınması təklifi ilə çıxış edib. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev sentyabrın 9-da Baş Assambleyasında öz çıxışı zamanı bildirib. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Azərbaycan tərəfi BMT-də ölkənin işğal olunmuş əraziləri haqqında sənədin baxılmasının təxirə salınmasını təklif edir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan tərəfi BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasının gündəliyində olan "Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması" haqqında A/64/L.57 saylı qətnamə layihəsinin baxılmasının təxirə salınması və "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 18-ci bəndin Baş Assambleyanın 65-ci sessiyasının gündəliyinə salınması təklifi ilə çıxış edib. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev sentyabrın 9-da Baş Assambleyasında öz çıxışı zamanı bildirib. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Azərbaycan tərəfinin çıxışından sonra Ermənistan nümayəndəsi çıxış etməyib.     

ATƏT-in Minsk qrupunun həmsədrləri aidiyyəti tərəflərlə apardıqları intensiv məsləhətləşmələr nəticəsində elan ediblər ki, sentyabrın sonu, oktyabrın əvvəlində həmsədrlər işğal olunmuş ərazilərdəki humanitar vəziyyətin öyrənilməsi və faktların araşdırılması məqsədilə regiona səfər edəcəklər. Bu, 2005-ci ilin əvvəlində həyata keçirilmiş ATƏT-in faktların araşdırılması üzrə missiyasından sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər qurumların nümayəndələri də daxil olmaqla, bir sıra yüksək səviyyəli məsləhətçilər və ekspertlərdən ibarət qrupun müşahidəsi ilə bu ərazilərə həmsədrlərin ilk beynəlxalq missiyası olacaq.

XİN-in məlumatına əsasən, Azərbaycan tərəfi bu addımı bu anlayışa əsaslanaraq, xoş məram və konstruktiv mövqedən çıxış edərək atıb.

Qətnamə layihəsi Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT-nin 64-cü sessiyasının plenar iclasının gündəliyində yer alıb.

Xəbər lenti

Xəbər lenti