...

Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi və yaralandı, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi – Azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2010 21:16 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi. Trend-in məlumatına görə bu fikirləri AŞ PA-nın payız sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətiin üzvü Qənirə Paşayeva türkiyəli deputat Lokman Ayvanın “Xəstə və əlil uşaqların təhsilinin təminat altına alınması” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.
Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi və yaralandı, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi – Azərbaycanlı deputat

Fransa, Strasburq, 7 oktyabr/ Trend, müxbir A.Məhərrəmli/

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi və yaralandı, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi. Trend-in məlumatına görə bu fikirləri AŞ PA-nın payız sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətiin üzvü Qənirə Paşayeva türkiyəli deputat Lokman Ayvanın "Xəstə və əlil uşaqların təhsilinin təminat altına alınması" adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.

Millət vəkili bütün öləkələrdə sivil toplum təşkilatlarının və toplumun məhşur simalarının bu sahədə diqqət və qayğı göstərmələrinin önəmini vurğulayıb.

"Bütün öləkələrdə sivil toplum təşkilatlarının və toplumun məhşur simalarının bu cür kampaniayalara geniş dəstək verməsi daha böyük uğurların əldə edilməsinə imkan yaradar. Azərbaycanın birinci xanımı və eyni zamanda Cənubi Qafqaz regionunda ən böyük sivil toplum təşkilatlarından biri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da xəstə, əlil uşaqların təhsili ilə bağlı böyük layihələr həyata keçirir və məncə, dünyanın hər yerində birinci xanımların bu məsələyə böyük diqqət ayırması, dəstək verməsi müsbət nəticələr verə bilər" - deyə, Paşayeva bildirib.

Millət vəkili bu mövzunun Azərbaycan üçün çox aktual olduğunu qeyd edib.

"Bu mövzu mənim ölkəm Azərbaycan üçün çox aktualdur. Çünki Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi və yaralandı, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi. Bilirsiniz ki, bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı öz torpağından, öz ev-eşiyindən zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrildi. Üstəlik, işğal olunan bölgədən qaçqın və məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının keçirdiyi travmalar, psixoloji travmalar onların dünyaya gətirdikləri uşaqlar arasında xəstə və əlil doğulan uşaqların sayının artmasına səbəb oldu. Bunları ona görə deyirəm ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların zamanında bu işğalı durdurmaq üçün lazımi addımlar atmamasının bu gün minlərlə uşağın sağlamlığını itirməsinə, əlilə çevrilməsinə səbəb olduğunun acı, ürəkağrıdıcı nəticələrini görə bilərsiniz", - Paşayeva deyib.

Millət vəkili habelə sağlamlığını itirmiş,  xəstə və əlil uşaqların təhsilinin təmin olunması Azərbaycanda ən vacib məsələlərdən biri olduğunu qeyd edib.

"Sağlamlığını itirmiş və xəstə və əlil uşaqların təhsilinin təmin olunması Azərbaycanda ən vacib məsələlərdən biridir və bu istiqamətdə bir çox proqramlar həyata keçirilir. Biz xəstə və əlil uşaqların təhsilinə çox böyük diqqət yetirməliyik, çünki gələcəkdə bu insanların bir çoxunun öz həyatlarını təmin etmək üçün fiziki əməklə, fiziki işlərlə məşğul olmaq imkanları daha məhdud olur. Ona görə də xəstə və əlil uşaqların yüksək səviyyədə təhsili məsələsindən onların gələcəyi, həyatı asılıdır. Bu qəbildən olan uşaqların digər uşaqlarla birgə oxuması onların psixologiyasına müsbət təsir göstərir, onlar cəmiyyətdən təcrid olunmuş şəkildə böyümürlər və özlərini cəmiyyətin bir parçası hesab edərək həyata daha möhkəm sarılırlar. Biz onların öz potensiallarından istifadə edərək cəmiyyətə öz töhfələrini verməsinə daha geniş imkanlar yaratmalıyıq. Bu xüsusda, biz ailələrlə də iş aparmalıyıq ki, onlar sağlıq imkanları məhdud olan övladlarının təhsilinə böyük diqqətlə yanaşsınlar. Eyni zamanda, cəmiyyətin bu məsələyə həssaslığını artırmaq üçün vətəndaş cəmiyyəti təşkilatları, mətbuat və medianın dəstəyinin artmasına nail olmalıyıq ", -millət vəkili qeyd edib.

"Hər bir uşağın xoşbəxt yaşamaq, xoşbəxt gələcək haqqı var.Bu uşaqlara layiq olduqları gələcəyi vermək yorulmadan çalışmalıyıq, əks halda gələcək bizi bağışlamayacaq", - Paşayeva çıxışını bitirib.  

Xəbər lenti

Xəbər lenti