...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2010 10:35 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri atəşkəsi bir neçə istiqamətdə pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri oktyabrın 13-də saat 12:55-dən 13:00-dək Ermənistan Respublikası İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi;

saat 07:40-dan 08:00-dək və 16:35-dən 17:00-dək Goranboy rayonu Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 12:50-dən 13:00-dək, 15:45-dən 16:05-dək və 22:40-dan 22:50-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən; oktyabrın 14-də saat 04:00-dan 04:30-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 04:00-dan 04:30-dək və 06:00-dan 06:05-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti