...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2010 09:53 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 21-də saat 08:00-dan 08:10-dək və 21:50-dən 22:00-dək Ağdam rayonunun Yusifсanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:30-dan 17:00-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:40-dan 17:50-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:50-dən 20:10-dək fasilələrlə Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19:00-dan 19:30-dək, 19:35-dən 20:05-dək;

- oktyabrın 22-də saat 01:30-dan 01:45-dək Tərtər rayonunun Çaylı, Seysulan və Yarımсa kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayсan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən сavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti