...

Fransa Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin birgə Bəyannaməsini alqışlayır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 05:51 (UTC +04:00)
Rəsmi Paris Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri tərəfindən birgə Bəyannamənin qəbul edilməsini salamlayır. Bu barədə ATƏT-in Minsk qrupunun üç həmsədrlərindən biri olan Fransanın Xarici İşlər Nazirliyi açıqlamasında bildirib.
Fransa Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin birgə Bəyannaməsini alqışlayır - XİN

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir R.Daraxşan/ 

Rəsmi Paris Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri tərəfindən birgə Bəyannamənin qəbul edilməsini alqışlayır. Bu barədə ATƏT-in Minsk qrupunun üç həmsədrlərindən biri olan Fransanın Xarici İşlər Nazirliyi açıqlamasında bildirib. 

Çərşənbə günü Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq Bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Rusiya Prezidenti Dmitri Medvedevin sözlərinə görə, xüsusi Bəyannamə etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəldilib. 

Xarici İşlər Nazirliyi həmçinin Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şəxsi tərəfdarlığını alqışlayıb. 

"Tərəflərin Həştərxanda razılaşdırılmış tədbirlər gərginliyin və son aylar çoxalan atəşkəsin pozulması hallarının azalmasına yardım edə bilər. Məhz buna görə də Fransa bunların təxirə salınmadan həyata keçəcəyini gözləyir", XİN-in açıqlamasında deyilir. 

Açıqlamada qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi ancaq dialoq və səmimilik vasitəsilə həll oluna bilər və münaqişənin həll olunması Ermənistan və Azərbaycanda, eləcə də bütün regionda sülh, sabitlik və firavanlığın təmin edilməsinə xidmət edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti