...

Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər olduğunu qeyd edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2010 12:35 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən irəliləyişlərin olduğunu qeyd edir. Bu barədə "Euronews" telekanalına müsahibəsində Nazarbayev bildirib, "Qazaxıstan həqiqətləri" qəzeti yazır.
Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər olduğunu qeyd edir

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən irəliləyişlərin olduğunu qeyd edir. Bu barədə "Euronews" telekanalına müsahibəsində Nazarbayev bildirib, "Qazaxıstan həqiqətləri" qəzeti yazır.

"Cari ilin oktyabrında son beş il ərzində ilk dəfə Dağlıq Qarabağa yerlərdə humanitar vəziyyətin qiymətləndirilməsi üçün ATƏT-in himayəsi altında beynəlxalq ekspertlər qrupunun səfəri təşkil olunub", - prezident deyib.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyəti öyrənir. Minsk qrupunun həmsədrləri sonuncu səfər zamanı ərazilərdə olaraq vəziyyətlə tanış olublar.

"Biz Dmitri Medvedev, Serj Sarksyan və İlham Əliyevin oktyabrın 27-də ATƏT-in Misk qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti həmsədrlərinin dəstəyi ilə Ermənistan və Azərbaycanın hərbi əsirlərin mübadiləsi və meyitlərin geri qaytarılması barədə razılığa gəldikləri birgə bəyanatı alqışlayırıq," - prezident deyib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarksyanın danışıqlarının yekunlarına əsasən oktyabrın 27-də Həştərxanda Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin qaytarılmasını nəzərdə tutan və humanitar xarakter daşıyan bəyannamə imzalanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti