...

Qanunun aliliyinin təmin və insan haqlarına riayət edildiyi zaman Qarabağ münaqişəsində sülhə daha asan nail olunacaq – AŞ baş katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2011 16:31 (UTC +04:00)
Qarabağ münaqişəsində sülhə qanunun aliliyinin təmin olunduğu və insan haqlarına riayət edildiyi zaman daha asan nail olunacaq. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi Turbörn Yaqland "Armİnfo"ya müsahibəsində bildirib.
Qanunun aliliyinin təmin və insan haqlarına riayət edildiyi zaman Qarabağ münaqişəsində sülhə daha asan nail olunacaq – AŞ baş katibi

Qarabağ münaqişəsində sülhə qanunun aliliyinin təmin olunduğu və insan haqlarına riayət edildiyi zaman daha asan nail olunacaq. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi Turbörn Yaqland "Armİnfo"ya müsahibəsində bildirib.

O, deyib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar ATƏT-in Minsk qrupunun himayəsi altında keçirilir və məlum olduğu kimi AŞ bu prosesdə iştirak etmir.

"Bizə tərəflərdən və ya ATƏT MQ-nin digər üzvlərindən müvafiq xahiş daxil olmayıb, lakin mən demək istərdim ki, sülh nizamlanması üzrə göstərilən səylərdə qanunun aliliyinin təmin olunması prosesinə ciddi rol ayrılmalıdır", - Yaqland bildirb.

Onun sözlərinə görə, qanunun aliliyinin optimallaşdırılmasına nail olunduqda və insan haqları müdafiə edildikdə sülhü əldə etmək asan olacaq.

"Bu, təkcə bu Dağlıq Qarabağ münaqişəsinə deyil, Avropadakı digər dondurulmuş münaqişələrə də aiddir. Ona görə də bunu Avropadakı bütün dondurulmuş münaqişələrin dinc yolla nizamlanması ölçüləri üzrə vacib element kimi xüsusi olaraq qeyd etmək lazımdır", - Yaqland bildirib.

O, əlavə edib ki, AŞPA-da Qarabağ üzrə xüsusi komitənin yaradılması məsələsi ilə bağlı onda dəqiq mövqe yoxdur. "Lakin biz bu məsələdə siyasətimizi əlaqələndirməliyik", - Yaqland qeyd edib.

AŞPA Bürosunda 2005-ci ildə qəbul edilən qətnamə üzrə yaradılan Dağlıq Qarabağla bağlı Alt Komitə onun sədri lord Rassel Consonun 2008-ci ildə vəfat etməsindən sonra öz işini dayandırıb. Alt Komitənin öz işini bərpa etməsinə dair məsələ dəfələrlə qaldırılıb. Lakin onun bərpa edilməsini məqsədəuyğun hesab etməyən AŞPA-dakı Ermənistan nümayəndə heyəti buna etiraz edib.

AŞPA sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu yanvarın 24-də "Armİnfo"ya bildirib ki, bu məsələ artıq praktiki olaraq, həll olunub və onun sədrinin təyin edilməsi üçün cümə günü Büroya təqdim olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti