...

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tamamilə başqa vəziyyət yaradacaq – Azərbaycan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 11:53 (UTC +04:00)
Elan olunmamış müharibə vəziyyətində olduqları vaxt tərəflər arasında hansısa etimadın səviyyəsindən danışmaq çətindir. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov belə hesab edir.
Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tamamilə başqa vəziyyət yaradacaq – Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Tariverdiyeva/

Elan olunmamış müharibə vəziyyətində olduqları vaxt tərəflər arasında hansısa etimadın səviyyəsindən danışmaq çətindir. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov belə hesab edir.

"Azərbaycan ərazilərinin total etnik təmizləmə həyata keçirilərkən bu torpaqların Ermənistan tərəfindən işğal olunması faktı əlbəttə ki, etimadın səviyyəsinin artırılmasına yardım edə bilməz. Səbəb, necə deyərlər, göz önündədir", - Trend-in məlumatına görə, Məmmədyarov "Mediamaks" agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, xarici siyasət daxili siyasətin davamıdır və dövlət iqtisadi cəhətdən nə qədər güclü olarsa, onun xarici siyasəti də bir o qədər olar. 2008-ci il noyabrın 2-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Mayndorf bəyannaməsində qeyd edildiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bu çərçivədə qəbul olunan qərar və sənədlərdəki beynəlxalq hüququn norma və prinsipləri üzrə qurulur", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Münaqişənin nizamlanmasında beynəlxalq hüquqa əsaslanmağın vacibliyi elə daxili siyasi motivlərdən qaçmağa da imkan verir. Çünki Azərbaycan da, Ermənistan da beynəlxalq təşkilatların üzvü olmaqla üzərlərinə yerinə yetirilməsi zəruri olan öhdəliklər götürüblər. Digər dövlətin ərazisinin işğalı və bu torpaqlarda etnik təmizləmələrin aparılması bu öhdəliklərə daxil deyil", - nazir deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tamamilə başqa vəziyyət yaradacaq.

"Biz ən azı vəziyyətin inkişafının əvvəlcədən söylənilə bilməsi, kommunikasiyaların açılması, etimad tədbirlərinin bərpasından danışa biləcəyik", - o, deyib.

Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağın statusuna dair səsvermənin zaman çərçivələri vəziyyəti gərginləşdirir. Çox böyük hazırlıq işi aparmaq, qarşılıqlı münasibətlərdəki buzu əritmək, etimadı bərpa etmək, əhalini qaytarmaq, onların birgə rahat yaşayışları üçün şərait yaratmaq vacibdir.

"Avtomat lüləsi və təzyiq altında səsvermə keçirmək olmaz. Belə həssas və kövrək məsələlərdə müvəqqəti çərçivələrə əməl olunması xeyrinə hər hansı tələskənlik vəziyyəti daha da pisləşdirə və sülh nizamlanması üzrə bütün səylərin üzərindən xətt çəkə bilər", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, tərəflərin Sülh Sazişinin detalları üzərində işi zaman çərçivəsinə salınmalıdır ki, yerlərdə vəziyyət dəyişmədən əbədi danışıqlar aparmaq həvəsi oyanmasın.

"Təəsssüf ki, bir ildən çox vaxt itirdik, halbuki martın 5-də Soçidə prezidentlərin görüşündə Sülh Sazişinin detalları üzərində işə başlamağa irəliləyiş üzrə müəyyən müsbət tendensiyanı müşahidə etmək olardı", - nazir deyib.

O, bildirib ki, Azərbaycan bu gün Ermənistan silahlı qüvvələri tərəfindən öz ərazilərinin 20 faizinin işğalı reallığına və nəticədə hər iki tərəfdə hərbçilərin əllərində silah dayandıqları təmas xəttinə malikdir.

Nazirin sözlərinə gör, bu münaqişə dondurulmuş deyil, hər saat və hər an silah tətbiq edilməsinin real təhlükəsi mövcuddur.

"Bunu yaşı hərbçiləri şübhələndirməkdən çox uzaq olan 9 yaşlı azərbaycanlı oğlanın öldürülməsi faktı da sübut edir. Uşaqlara necə atəş açmaq olar? Bu hörmətsizlikdir", - nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, məhz bu cür təhlükələrin aradan qaldırılması və adamların həyatlarının qorunması naminə Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və bununla da mümkün güc tətbiqi səbəbinin özünü aradan qaldırmalıdır.

"Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqla vəziyyətin gərginləşməsinin mümkünlüyünə əsas yaradan səbəbi aradan qaldıra, daha doğrusu, güc tətbiqi təhlükəsinin qarşısını ala bilər. Yalnız bu halda regionda sabitliyə, uzunmüddətli sülhə nail olmaq mümkündür", - XİN rəhbəri deyib.

Xəbər lenti

Xəbər lenti