...

Xocalı sakinləri beynəlxalq təşkilatları azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi faktı qarşısında susmamağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2011 12:17 (UTC +04:00)
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi cümə günü Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni silahlılar tərəfindən qətli ilə bağlı mətbuat konfransı keçirib.
Xocalı sakinləri beynəlxalq təşkilatları azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi faktı qarşısında susmamağa çağırıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi cümə günü Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni silahlılar tərəfindən qətli ilə bağlı mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, birliyin sədri Şamil Sabiroğlu bildirib ki, baş verən hadisə böyük faciədir və bu faciə ilə bağlı bütün Azərbaycan xalqı həmrəy olmalıdır. Onun sözlərinə görə, körpənin snayper gülləsi ilə vururlması onu göstərir ki, uşaq təsadüfən deyil, hədəf seçilərək öldürülüb.

İctimai Birliyin baş vermiş hadisə ilə bağlı yaydığı bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəfə alması insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir. Bəyanatda qeyd olunur ki, BMT, Avropa Şurası, eləcə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti