...

Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 10:24 (UTC +04:00)
Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar.
Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Ermənilər cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə başlayıblar. Trend-in məlumatına görə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 14-də saat 12:25-dən 12:45-dək Ermənistanın Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14:50-dən 15:00-dək, 16:00-dan 16:10-dək, 16:15-dən 16:24-dək və 16:25-dən 16:40-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 22:20-dən 22:25-dək Ermənistanın Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, martın 15-də saat 06:00-dan 06:10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 01:10-dan 01:20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti