...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 09:51 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 15-də saat 13.10-dan 13.15-dək, 13.40-dan 13.55-dək, 15.05-dən 15.20-dək, 20.55-dən 21.10-dək, 21.05-dən 21.15-dək və 22.30-dan 22.45-dək Ermənistan Respublikasının İjevan rayonunun Vozaşen, Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 16 mart /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 15-də saat 13.10-dan 13.15-dək, 13.40-dan 13.55-dək, 15.05-dən 15.20-dək, 20.55-dən 21.10-dək, 21.05-dən 21.15-dək və 22.30-dan 22.45-dək Ermənistan Respublikasının İjevan rayonunun Vozaşen, Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 09.30-dan 09.45-dək və 22.00-dan 22.10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti