...

Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərindəki tarixi abidələri və qəbristanlıqları acınacaqlı vəziyyətdədir - avropalı jurnalist

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2011 12:27 (UTC +04:00)
Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərindəki tarixi abidə və qəbristanlıqları acınacaqlı vəziyyətdədir. Bu barədə Trend-ə "Wochenzeitung" və "Neues Deutschland" (İsveçrə) nəşrlərinin jurnalisti Andre Vidmer bildirib.
Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərindəki tarixi abidələri və qəbristanlıqları acınacaqlı vəziyyətdədir - avropalı jurnalist

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərindəki tarixi abidə və qəbristanlıqları acınacaqlı vəziyyətdədir. Bu barədə Trend-ə "Wochenzeitung" və "Neues Deutschland" (İsveçrə) nəşrlərinin jurnalisti Andre Vidmer bildirib.

Vidmerin Dağlıq Qarabağa və Ağdam rayonuna son səfəri 2010-cu il martın sonlarında baş tutub. Dağlıq Qarabağ haqqında yazılarına görə Ermənistan hakimiyyəti martın əvvəllərində Vidmerə viza verməkdən imtina edib və o, birbaşa Yerevan aeroportundan deportasiya olunub. İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin bu yaxınlardakı səfəri zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vidmerin Dağlıq Qarabağ münaqişəsinin reallıqları və Azərbaycan ərazilərini işğalı faktı barədə ictimaiyyətin məlumatlandırılmasında rolunu qeyd edib.

"İsveçrəli jurnalist Andre Vidmer ölkənizdə dərc olunan həftəlik qəzetdə Ermənistanın işğal etdiyi Ağdam rayonu haqqında məlumat dərc edib. Bu qəzetdə çap olunan və İsveçrənin bir sıra internet-saytlarında yerləşdirilən materiallarda Ermənistanın Ağdam rayonunda törətdiyi vəhşiliklərdən danışılır", - İsveçrənin dünyada ədalətli dövlət kimi tanındığını qeyd edən Ali Məclisin sədri bildirib.

Talıbov İsveçrə hökumətinə və jurnalistə tutduqları ədalətli mövqeyə görə minnətdarlığını bildirib və Andre Vidmeri Naxçıvana dəvət edib.

"Mənim başlıca məqsədim Ağdama səfər etmək idi, çünki mən işğal olunmuş ərazilərə əvvəlki səfərlərim zamanı başqa rayonlara baş çəkmişdim. 2008-ci ilin mayında mən Şuşaya və Dağlıq Qarabağ ətrafındakı bir neçə rayona səfər etmişdim", - Vidmer İsveçrədən elektron poçtla Trend-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayış yerlərinin tikintisi davam etdirilir.

"Hesab edirəm ki, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının müəyyən etdiyi kimi, Dağlıq Qarabağda və ona bitişik ərazilərdəki əhalinin sayı tanınmamış separatçı hökumətin bəyan etdiyindən azdır. Nəzərəçarpacaq inkişaf etmiş yeganə yer Xankəndi şəhəridir", - Vidmer deyib.

Vidmer Ağdamın ətrafında azərbaycanlılara məxsus iri qəbiristanlığı ziyarət edib.

"Mən vandalizm faktlarını təsdiqləyə bilmərəm, lakin qəbiristanlıq çox bərbad vəziyyətdədir, bəzi başdaşılar dağıdılıb və yerə düşüb", - o deyib.

Vidmer Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləyib. Jurnalist bildirib ki, Ağdam xarabalığa çevrilib, talan olunduğundan burada heç bir infrastruktur obyekti qalmayıb.

"Soyğunçuluq faktı mənimlə söhbətdə Dağlıq Qarabağın separatçı hökumətinin ABŞ-dakı nümayəndəsi Robert Avetisyan tərəfindən də təsdiqləndi", - o, deyib.

Vidmerin sözlərinə görə, Şuşadakı məscid kimi Ağdamdakı məscid də çox acınacaqlı vəziyyətdədir: onlar hələ də mövcuddurlar, lakin pis vəziyyətdə.

"Təkcə bir məscid yeni damla örtülüb, lakin təəssüf ki, dam sadəcə metaldandır, ona görə də bunun abidəni qorumaq üçün, yoxsa ondan öz məqsədləri üçün istifadəyə görə edildiyinə əmin deyiləm", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti