...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2011 09:42 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 11 may /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 10-da saat 18.10-dan 18.45-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Erməni silahlı qüvvələri həmin gün həmçinin saat 23.00-dan 23.05-dək və mayın 11-də saat 04.05-dən 04.10-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 01.15-dən 01.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 04.05-dən 04.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 06.15-dən 06.35-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti