...

Sloveniya Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini qiymətləndirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2011 16:19 (UTC +04:00)

Sloveniya Prezidenti Danilo Türk Rusiya dövlət başçısının Avropa təhlükəsizliyi sahəsindəki təşəbbüsünü irəli çəkməyə çağırıb. O, digər beynəlxalq məsələləri, o cümlədən bir neçə "dondurulmuş" regional münaqişələri də həll etməyi təklif edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS məlumat yayıb.

"Müxtəlif münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə verdiyiniz töhfəni qiymətləndiririk və mənim üçün sizdən perspektivi necə gördüyünüzü eşitmək maraqlı olardı", - Türk bu gün Rusiya Prezidenti Dmitri Medvedevlə görüşdə bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkün sözlərinə görə, il yarım bundan əvvəl Rusiya Avropada strateji təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüslə çıxış edib. Sloveniya bu təşəbbüsü alqışlayıb.

"Bu gün biz çoxqütblü dünyada yaşayırıq və sistem /təhlükəszilik/ yeni təşkilat almalıdır", - Türk əmindir.

Onun fikrincə, ötən il Rusiya və NATO-nun Lissabon sammiti göstərdi ki, bu təşəbbüslə bağlı "irəliləyiş başlayıb". "Onu daha da irəliyə aparmaq üçün əldən gələn hər şeyi etmək lazımdır", - Sloveniya Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti