...

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2011 14:55 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında həyata keçirilən təlimlərdə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edir.
Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında həyata keçirilən təlimlərdə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edir.

Bir ay öncə Azərbaycan Ordusu cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti