...

Prezidentlərin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini qeyd edir - ABŞ səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2011 10:38 (UTC +04:00)
ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini qeyd edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Prezidentlərin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini qeyd edir - ABŞ səfiri

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir V.Javoronkova/

ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyini qeyd edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

"Mən hələ bəyanatın mətnini oxumamışam, lakin düşünürəm ki, o əvvəlkilərə bənzəyir. Deyə bilərəm ki, bu bəyanatın özünün mövcudluğu ABŞ, Rusiya və Fransa prezidentləri Obama, Medvedev və Sarkozinin Dağlıq Qarabağ münaqişəsi üzrə dinc danışıqlar prosesində nələrin baş verdiyini nə dərəcədə yaxından izlədiklərindən xəbər verir. Bəyanat bir daha ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda maksimum səy göstərməkdən vacib heç nə olmadığını göstərir", - ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza cümə axşamı Xalid Əbu əl-Fədlin (Khaled Abou El Fadl) "Böyük oğurluq" kitabının, eləcə də onun Azərbaycan dilinə tərcüməsinin təqdimatında bildirib.

Xəbər lenti

Xəbər lenti