Azərbaycan, Bakı, 10 iyun /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən silahlıları iyunun 10-da saat 01:30-dan 01:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00:20-dən 01:40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub
Düşmən cavab atəşi ilə susdurulub.
