Azərbaycan, Bakı, 12 avqust /Trend/
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətində atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-də saat 17.55-dən 18.20-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Avqustun 12-də isə Ermənistan silahlı qüvvələri saat 00.15-dən 00.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.10-dan 00.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətində atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətində atəşkəs rejimini pozub
