...

BQXK azərbaycanlı əsirin üçüncü ölkəyə təhvil verilməsini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2011 15:21 (UTC +04:00)
BQXK azərbaycanlı əsirin üçüncü ölkəyə təhvil verilməsini təsdiqləyib.
BQXK azərbaycanlı əsirin üçüncü ölkəyə təhvil verilməsini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Son iki abzasda BQXK-nın məlumatı əlavə olunub (ilk xəbər saat 14:22-də yayılıb)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan tərəfi azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu bu gün üçüncü ölkəyə təhvil verməsi barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına heç bir rəsmi məlumat verməyib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib.

"Mediamaks" agentliyinin Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, Roman Novruz oğlu Hüseynov bazar ertəsi üçüncü ölkəyə təhvil verilib.

Təhvilvermə BMT-nin qaçqınların işləri üzrə ali komissarı və Beynəlxalq Miqrasiya Agentliyinin nümayəndələri vasitəsilə həyata keçirilib.

Şahin Sayılov Trend-ə bildirib ki, hazırda Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları - bir ailənin 5 üzvü və 3 hərbi əsir üçüncü ölkəyə getmək arzusundadırlar.

Hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə bazar ertəsi Trend-ə açıqlamasında Ermənistan tərəfinin azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovun üçüncü ölkəyə təhvil verməsi barədə məlumatı təsdiqləyib.

Hüseynova deyib ki, bu proses BQXK-nın mandatına aid olmadığı üçün əlavə məlumata malik deyil. Təhvilvermə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti