...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2011 10:51 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 26-da saat 13:30-dan 13:40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21:35-dən 21:45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 11:10-dan 11:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17:30-dan 17:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti