...

Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Litvanın səylərini dəstəkləyir - Prezident

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2011 13:07 (UTC +04:00)
Qazaxıstan həlli yubanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllində ATƏT-in sədri kimi Litvanın səylərini dəstəkləyir.
Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Litvanın səylərini dəstəkləyir - Prezident

Qazaxıstan, Astana, 6 oktyabr /Trend, müxbir A.Maratov/

Qazaxıstan həlli yubanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin həllində ATƏT-in sədri kimi Litvanın səylərini dəstəkləyir. Bu barədə Prezident Nursultan Nazarbayev litvalı həmkarı Dalya Qribauskayte ilə görüşündə deyib.

"Litva ATƏT-ə sədrliyi dövründə bu məsələlərlə məşğul olan Qazaxıstanın təşəbbüslərini davam etdirir", - Nazarbayev deyib.

Onun sözlərinə görə, Litvanın ATƏT-ə sədrliyi yaxşı varislikdir və 2010-cu ilin dekabrında ATƏT-in Astana sammitində irəli sürülən ideyalar davam etdiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti