...

Metyu Brayza: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2011 14:15 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı partiyanın mənzil qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.
Metyu Brayza: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı partiyanın mənzil qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.

Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb.

Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb.

Əhmədov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın oynadığı rolun yüksək dəyərləndirildiyini bildirib və bu istiqamətdə ABŞ Administrasiyasının səylərini daha da artıracağına əminliyini ifadə edib.

Bu gün Azərbaycanda həyata keçirilən islahatlara toxunan YAP rəsmisi qeyd edib ki, bu, uğurlu nəticələri olan islahatlardır və bu istiqamətdə atılan addımlar xalq tərəfindən böyük dəstəyə malikdir.

Əhmədov görüşdə daha sonra ABŞ diplomatına Yeni Azərbaycan Partiyasının hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti