...

MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmağa hazırdırlar – Fransa Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2011 13:09 (UTC +04:00)
Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Fransa Prezidenti Nikola Sarkozi qeyd edib ki, Fransa, ABŞ və Rusiya problemin sülh yolu ilə həlli üçün səyləri ikiqat artırmağa hazırdır.
MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmağa hazırdırlar – Fransa Prezidenti

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Fransa Prezidenti Nikola Sarkozi qeyd edib ki, Fransa, ABŞ və Rusiya problemin sülh yolu ilə həlli üçün səyləri ikiqat artırmağa hazırdır.

"Mən bu sülh müraciətini özümlə Azərbaycana aparacağam", - Sarkozi bildirib.

Fransa və Ermənistan prezidentləri Nikola Sarkozi və Serj Sarkisyan bu gün Yerevanda məşhur fransız heykəltaraşı Oqnüst Rodenin "Jül Bastien Lepaj" heykəlini açıblar.

Heykəl Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə Fransa tərəfindən hədiyyə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti