...

İsveçrə Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2011 19:41 (UTC +04:00)
İsveçrə "Dağlıq Qarabağın müstəqilliyini" tanımır və Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb.
İsveçrə Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb - XİN

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir S.Ağayeva/

İsveçrə "Dağlıq Qarabağın müstəqilliyini" tanımır və Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü İsveçrənin Xarici İşlər Nazirliyi bəyan edib.

"İsveçrənin Xarici İşlər Nazirliyi bu ölkədəki Azərbaycan səfirliyinə müraciət edib və bildirib ki, AŞ PA-da təşəbbüs göstərilən bəyanat İsveçrə dövlətinin və parlamentinin rəsmi mövqeyi deyil", - Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev cümə günü Trend-ə deyib.

Ermənistan KİV-in əvvəl verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasında bu günlərdə aralarında guya isveçrəli deputatın da olduğu 32 deputat Dağlıq Qarabağın separatçı rejiminin "müstəqilliyinin 20 illiyi"nə həsr olunmuş bəyanata imza atıblar.

"İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində tərəqqiyə inanır", - bu ölkənin XİN-i qeyd edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti