...

ATƏT MQ-nin fransalı yeni həmsədri yanvardan öz səlahiyyətlərinin icrasına başlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2011 13:33 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For yanvardan öz səlahiyyətlərinin icrasına başlayacaq.
ATƏT MQ-nin fransalı yeni həmsədri yanvardan öz səlahiyyətlərinin icrasına başlayacaq

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir S.Ağayeva /

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For yanvardan öz səlahiyyətlərinin icrasına başlayacaq. Bu barədə Trend-ə Fransadakı diplomatik mənbə bildirib.

For bu postda ATƏT MQ-nin hazırkı həmsədri, öz missiyasını ilin sonunda başa vuracaq Bernar Fasyeni əvəz edəcək.

Fasye noyabrın sonunadək regiona son səfərini həyata keçirməyi planlaşdırır.

Jak For hazırda Fransanın Ukraynadakı səfiridir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti