...

Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır - Ermənistan Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2011 14:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır və imkan vermək olmaz ki, iki ölkənin dinləri - xristianlıq və islam bir-birinə qarşı dayansın.
Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır - Ermənistan Prezidenti

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır və imkan vermək olmaz ki, iki ölkənin dinləri - xristianlıq və islam bir-birinə qarşı dayansın. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Yerevanda MDB ölkələrinin Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında Ermənistan Prezidenti Serj Sarkisyan deyib.

Sarkisyan vurğulayıb ki, münaqişəni bəhanə gətirərək mədəni-tarixi və dini abidələrin məhv edilməsi yolverilməzdir.

Öz növbəsində bütün ermənilərin katalikosu II Qaragen çıxışında iclasın mövcud problemlərin həll yollarının araşdırılması baxımından vacibliyini qeyd edib. "Dini liderlərin görüşü xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına kömək edəcək" , - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti