• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Azərbaycanın hakim partiyası Ermənistan diplomatiyasının dalana dirəndiyini hesab edir

7 Dekabr 2011 15:58 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

Hakim partiya Azərbaycan diplomatiyasının Ermənistanı əsaslı şəkildə dalana dirədiyini hesab edir.

"Azərbaycan diplomatiyası Ermənistanı əsaslı şəkildə dalana dirəyib. Ölkəmizin çevik və hücumçu diplomatik xətti uğurlu nəticələr verməkdədir. Bunun da yekunu nəticə etibarilə ədalətin bərpasına gətirib çıxarmalıdır", - Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

"Bu gün biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar diplomatiyada bir intensivlik müşahidə etməkdəyik. ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında verilən bəyanat, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri, apardığı danışıqlar bu münaqişə ilə bağlı prosesinin intensivləşdiyini deməyə əsas verir", - o qeyd edib.

Qurbanlı bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüz nəticəsində bir milyonluq qaçqın və məcburi köçkünlər ordusunun yaranması, onların üzləşdiyi problemlər Minsk qrupu həmsədrlərinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu məsələ tam çılpaqlığı ilə ATƏT üzvü olan bütün ölkələrin diqqətinə çatdırılıb.

"Azərbaycan diplomatik cəbhədə, informasiya cəbhəsində böyük üstünlüklər əldə edib. Bu gün Ermənistanın yaydığı təxribat xarakterli məlumatlara heç kim inanmır, ona görə də həmsədrlərin bölgəyə son səfəri və Prezidentimiz İlham Əliyevlə apardığı danışıqlar və nəticə olaraq yaydığı bəyanatlar gerçək bir vəziyyəti əks etdirir. Hesab edirəm ki, həmsədrlər bu yolda işlərini daha da genişləndirməlidirlər. Çünki təcavüzkar Ermənistan ona təzyiq edilmədiyi təqdirdə, daha çox qeyri-konstruktivlik nümayiş etdirəcək. Ermənistana ciddi təzyiqlər edilməlidir və işğalçı dövlətə iqtisadi xarakterli təzyiqlər edilməklə onu sülhə məcbur etmək lazımdır. Sülhə məcburetmənin ən mükəmməl yollarından biri iqtisadi təzyiq vasitəsidir", - YAP icra katibinin müavini vurğulayıb.

Qurbanlı qeyd edib ki, bu gün ABŞ başda olmaqla, Qərb dünyası iqtisadi sanksiyalar vasitəsilə bu və ya digər ölkələrə təzyiqlər göstərir və müəyyən nəticələr əldə edir. Onun sözlərinə görə, bu dövlətlər ikili standartlardan əl çəkməli, təcavüzkar Ermənistana ciddi təzyiqlər göstərilməklə bölgədə uzun müddət davam edən və bölgənin inkişafına böyük əngəl olan Qarabağ məsələsini həll etməlidirlər.

"Əks təqdirdə, bu prosesin tam iflasa uğrayacağı göz önündədir. Bu gün Ermənistan əhalisinin böyük əksəriyyəti dilənçi vəziyyətindədir, əhalinin yarısı bu ölkəni tərk etməyə hazır olduğunu bildirir. Yəni Ermənistanda mühacirət kütləvi xarakter alıb. Belə olan şəraitdə yaxşı olardı ki, Ermənistanı müəyyən yerlərdə himayə edən dairələr onun acınacaqlı vəziyyətini görərək ciddi addımlar atsınlar. Həmsədr ölkələr bu işi daha geniş şəkildə həyata keçirməlidirlər", - Qurbanlı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb
Siyasət 21:05
Atəşkəs rejimi 25 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 09:28
Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 15 Fevral 12:56
Sutka ərzində atəşkəs rejimi 23 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 15 Fevral 09:18
“Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq
Dağlıq Qarabağ Münaqişəsi 14 Fevral 10:57
Sutka ərzində atəşkəs rejimi 27 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 14 Fevral 09:08
Xəbər lenti
Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub
Mədəniyyət 23:36
Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi ilə görüşüb (FOTO)
Siyasət 23:24
Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb
Hadisə 23:04
Batut gimnastikası üzrə dünya rekordçusu: Milli Gimnastika Arenası möhtəşəmdir
Gündəm 22:40
Fransalı gimnast: Bakıda Dünya Kubokunda Olimpiya Oyunlarının atmosferi hiss edilir
İdman 22:29
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib (FOTO)
Cəmiyyət 22:23
Bakıda narkobaron saxlanılıb (FOTO)
Hadisə 21:49
Batut gimnastikası yarışlarının kişilər və qadınlar arasında fərdi proqramda finalçıları müəyyən olub
Cəmiyyət 21:13
Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb
Siyasət 21:05
Ən çox oxunanlar
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq (ÖZƏL)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Nəzər nöqtəsi
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır

Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır

Ekspert: Məişət zəminində baş vermiş insident azərbaycanlı-çeçen dostluğuna ziyan vura bilməz
Deputat: Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri