...

ATƏT Cenevrə danışıqları və Minsk qrupu vasitəsilə Cənubi Qafqazdakı münaqişələrdə irəliləyişə nail olmağa ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2011 11:19 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Nazirlər Şurasının irəliləyişə nail olduğunu qeyd edib.
ATƏT Cenevrə danışıqları və Minsk qrupu vasitəsilə Cənubi Qafqazdakı münaqişələrdə irəliləyişə nail olmağa ümid edir

Azərbaycan, Bakı, 8 dekabr / Trend /

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Nazirlər Şurasının irəliləyişə nail olduğunu qeyd edib və ATƏT-ə üzv olan 56 ölkəni çərşənbə günü başa çatan görüşdə qaldırılan problemlərin qəbul edilmiş həllərinə arxalanmağa çağırıb.

Ajubalis regionda uzunsürən münaqişələrin həlli üçün stimullara arxalanmağın vacibliyini qeyd edib: "Mən Dnestryanı probleminin nizamlanması prosesinin gündəliyə qayıtması ilə bağlı xüsusilə qürur duyuram. Rəsmi danışıqların bərpa edilməsi ilə gələcəkdə irəliləyiş əldə edəcəyimizə ümid edirəm. Burada, eləcə də Cənubi Qafqazda Cenevrə müzakirələri və Minsk qrupu vasitəsilə. Mən qəti şəkildə əminəm ki, son vaxtlar haradasa altı ildən sonra Dnestryanı nizamlanmasında əldə olunan irəliləyiş ümid etməyə və səylərimizi ikiqat artırmağa ümid verir".

ATƏT XİNŞ ilkin xəbərdarlıq, ilkin fəaliyyət, danışıqlar prosesinin yoluna qoyulması, vasitəçiliyin dəstəklənməsi və münaqişədən sonrakı bərpa sahəsində imkanların möhkəmləndirilməsi barədə qərar qəbul edib. Həmçinin transmilli təhdid, iqtisadi sahədə qadınlar üçün bərabər imkanların təmin olunması, nəqliyyat dialoqunun möhkəmləndirilməsi, ATƏT-in BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinə yardım edilməsində rolu, atıcı və yüngül silahlardan, adi döyüş sursatından istifadə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə forumlarla bağlı məsələlər üzrə də qərarlar qəbul edilib. İnsan alverinin bütün formaları ilə mübarizə haqqında bəyannamə razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti