...

Rusiya XİN rəhbərinin müavini və Minsk qrupu həmsədrləri ATƏT XİNŞ kontekstində Dağlıq Qarabağ problemini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2011 13:15 (UTC +04:00)
Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin dekabrın 9-da ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke ilə görüşüb.
Rusiya XİN rəhbərinin müavini və Minsk qrupu həmsədrləri ATƏT XİNŞ kontekstində Dağlıq Qarabağ problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Tarivediyeva/

Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin dekabrın 9-da ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəsmi saytında məlumat verilir.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik və Minsk qrupunun həmsədri postunda Fasyeni əvəz edəcək Jak For da iştirak edib.

Söhbət zamanı Vilnüsdə dekabrın 6-7-də keçirilən ATƏT XİNŞ-nin iclasının yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ nizamlanması üzrə birgə işin məsələləri müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti