...

2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2011 13:51 (UTC +04:00)
2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub. Trend-in məlumatına görə, Rusiya XİN belə hesab edir.
2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub – RF XİN

Azərbaycan, Bakı, 28 dekabr /Trend /

2011-ci ildə Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub. Trend-in məlumatına görə, Rusiya XİN belə hesab edir.

"Postsovet məkanında sülhyaratma fəaliyyəti kontekstində Rusiyanın dövlət başçısı Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə (martda) və Kazanda (iyunda) görüşləri keçirilib. Həmin görüşlər zamanı Dağlıq Qarabağ nizamlamasının bir sıra əsas məsələləri üzrə qarşılıqlı anlaşma əldə olunub", - nazirliyin rəsmi saytında dərc olunan Rusiya XİN-in "2011-ci ilin əsas xarici siyasi hadisələri" adlı hesabatında deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.Senator Qule Türkiyə təhlükəli ölkədir deyən cənab Dəvəçiyana cavab verir

Xəbər lenti

Xəbər lenti