...

Səməd Seyidov: AŞ PA-da Dağlıq Qarabağla bağlı alt komitənin işi davam etdiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2012 16:57 (UTC +04:00)
Ermənilər imtina etsələr də, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Dağlıq Qarabağla bağlı təşkil olunan alt komitənin işi davam etdiriləcək.
Səməd Seyidov: AŞ PA-da Dağlıq Qarabağla bağlı alt komitənin işi davam etdiriləcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Ermənilər imtina etsələr də, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Dağlıq Qarabağla bağlı təşkil olunan alt komitənin işi davam etdiriləcək. Trend-in məlıumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, ermənilər demək olar ki, həmin komitənin işindən imtina edirlər.

"Əlbəttə, bu o demək deyil ki, komitə işini davam etdirmir. Əksinə, davam etdirir və bu komitədə ermənilərsiz işin davam etdirilməsi bizim üçün əlavə bir arqumentdir ki, ermənilər beynəlxalq səviyyədə öz üzərinə götürdükləri məsuliyyətdən imtina edirlər", - Seyidov vurğulayıb.

AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitə qurumun 2005-ci il 1416 saylı qətnaməsinə uyğun olaraq britaniyalı deputat Lord Atkinsonun məruzəsi əsasında yaradılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti