Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 19-da saat 11:20-dən 11:30-dək və 13:15-dən 13:20-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 13:05-dən 13:15-dək və 22:15-dən 22:30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18:00-dan 18:15-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.