...

ATƏT PA-nın sədri və İrlandiyanın naziri ATƏT məkanında dondurulmuş münaqişələri müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2012 12:37 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiu İrlandiyanın Baş nazirinin müavini, xarici işlər və xarici ticarət ticarət naziri İmon Gilmorla keçirdiyi görüş zamanı dondurulmuş münaqişələrin nizamlanması məsələsi də daxil olmaqla, İrlandiyanın təşkilatdakı sədrliyinə dəstəyini ifadə edib.
ATƏT PA-nın sədri və İrlandiyanın naziri ATƏT məkanında dondurulmuş münaqişələri müzakirə ediblər

Azərbaycan, Bakı, 2 fevral/Trend müxbir E. Tariverdiyeva/

ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiu İrlandiyanın Baş nazirinin müavini, xarici işlər və xarici ticarət ticarət naziri İmon Gilmorla keçirdiyi görüş zamanı dondurulmuş münaqişələrin nizamlanması məsələsi də daxil olmaqla, İrlandiyanın təşkilatdakı sədrliyinə dəstəyini ifadə edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ATƏT-in məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareş və baş katib Spenser Oliver gələcəkdə ATƏT-in təhlükəsizlik məsələlərinə hərtərəfli yanaşması üçün ümumi məqsədləri müzakirə etmək məqsədilə Eftimiunun Gilmorla görüşünə qoşulublar.

"Şimali İrlandiyada keçirilmiş tarixi sülhməramlı iş münaqişələrin nizamlanması üzrə səylərə həvəsləndirməlidir və bizə xatırladır ki, ATƏT məkanında dondurulmuş münaqişələrin mülayimləşməsinə həmişə ümid var" , - Eftimiu qeyd edib.

İrlandiya sədrliyi apreldə Dublində beynəlxalq ekspertlərin iştirakı ilə Şimali İrlandiya nümunəsində münaqişələrin nizamlanmasına həsr edilmiş konfrans keçirilməsi planları haqqında elan verib.
PA-nın üzvləri son iki ildə münaqişlərin nizamlanması, internetdə məlumatın azad axınının artırılması, ədavət zəminində cinayətlərlə mübarizə üçün dialoqun dəstəklənməsinə yönəldilmiş bir neçə qətnamə qəbul ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti