...

Hillari Klinton: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2012 10:37 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir.
Hillari Klinton: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib. Görüş 48-ci Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

"Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəfləri arasında razılaşmaların əldə olunmasına və problemin həll olunmasına hərtərəfli yardım göstərməkdə davam edəcək", - Klinton görüşdə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti