...

TRT Bakı Təmsilçiliyi "Hepimiz Hocalılıyız" adlı sənədli film hazırlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2012 14:57 (UTC +04:00)
TRT Bakı Təmsilçiliyi "Hepimiz Hocalılıyız'' adlı yeni sənədli film hazırlayıb.
TRT Bakı Təmsilçiliyi "Hepimiz  Hocalılıyız" adlı sənədli film hazırlayıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

TRT Bakı Təmsilçiliyi "Hepimiz Hocalılıyız'' adlı yeni sənədli film hazırlayıb.

Təmsilçilikdən Trend-ə daxil olan məlumata görə, son yüz ilin ən vəhşi qətliamlarını həyata keçirən ermənilərin gerçək üzünü göstərən bu sənədli filmdə, xocalıların verdiyi həyat mücadiləsi, ümüdləri və arzularından bəhs edilir.

TRT Bakı təmsilçisi Yüksel Değercan bu sənədli filmin Xocalı soyqırımının 20 illiyinə həsr edildiyini, dünyaya demokratiya dərsi verən ölkələrin Xocalı fəryadına səssiz qaldığını, ancaq bir gün bu yanlışlardan dönəcəyini bildirib.

"Hepimiz Hocalılıyız'' filmi 21 fevral saat 13:05-də TRT AVAZ kanalında ekranlara gələcək və proqramın təkrarı 26 fevral saat 08:40-da yayımlanacaq.

Sənədli film fevralın 27-də saat 16:00 Türkiyənin Azərbaycandakı səfirliyində "Nuri Paşa" salonunda KİV-lərə təqdim ediləcək.

TRT 1, TRT Haber , TRT Türk ve TRT AVAZ-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə proqramlar yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti