...

Nikolay Bordyuja: Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistan lazım olan bütün köməyi alacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Dağlıq Qarabağ münaqişəsinin kəskinləşəcəyi halda Ermənistan lazım olan bütün köməyi alacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

"Ermənistan öz öhdəçilikləri və hüquqları ilə KTMT-nin tamhüquqlu üzvüdür: vəzifə başqa dövlətin kollektiv təhlükəsizliyinin təminatı üçün öz imkanlarını təqdim etmək və öz müttəfiqlərindən eyni köməyi almaq hüququdur", - o RİA Novosti-də keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında vəziyyətin böhranlı həddə çatacağı halda KTMT-nin nə edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu gün KTMT üzvü olan ölkələrdə bu və ya digər böhranlı vəziyyətin inkişafını qabaqcadan nəzərə almaq mümkün deyil.

"Qırğızıstanda olduğu kimi variantlar var; Belarusda və ya Rusiyada, yaxud Qazaxıstanda böhranlı vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı variantlar var. Hər şey bu və ya digər dövlətdə yaranan vəziyyətin konkret formatından asılıdır. Qərar da bundan çıxış edərək qəbul ediləcək", - o əlavə edib.

Bordyuja izah edib ki, KTMT yanındakı Kollektiv çevik qüvvələrlə yanaşı, vəziyyətə təsir üzrə siyasi və sülhyaratma potensialı da mövcuddur.

"Bizim terrorizmlə və narkomafiyanın fəaliyyəti ilə bağlı hadisələrə, həmçinin informasiya təhlükəsizliyi və miqrasiya sahəsində cinayətkar qruplaşmaların fəaliyyətinə əks təsir üzrə operativ bölmələrin tətbiqi ilə bağlı potensialımız var", - Bordyuja əlavə edib.

"Lakin bir daha təkrar edirəm: Ermənistan KTMT-nin tamhüquqlu üzvü kimi bütün zəruri köməyi alacaq", - sonda o bildirib.

2012-ci il də Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 10 illiyi və Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasının 20 illiyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti