Hərbi prokuror: Xocalı soyqırımında iştirakına görə 366-cı alayın 18 hərbi qulluqçusu axtarışdadır

Hərbi prokuror: Xocalı soyqırımında iştirakına görə 366-cı alayın 18 hərbi qulluqçusu axtarışdadır

Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/

Xocalı soyqırımında iştirakına görə 39 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb. Trend-in məlumatına görə, bunu respublikanın hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 18 nəfəri 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əsgəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslər və 8 nəfər mülki vətəndaş olub.

Vəliyev bildirib ki, həmin şəxslər Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilirlər.

Hərbi prokuror deyib ki, hazırda cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib.
Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılıb.

Vəliyevin sözlərinə görə, hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

O bildirib ki, cinayət işi üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilib və müəyyən edilib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Xocalı şəhərinə hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər.

İstintaqla müəyyən olunub ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər.

Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb.

Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb.

Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.

Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Vəliyev deyib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri ilə bağlı 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb.

Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına uyğun soyqırım, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb və nəticədə bu ilin yanvarınadək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb.

Onlardan 39 nəfəri Xocalı, 6-sı Qaradağlı, 18-i Bağanıs-Ayrım, 6-sı Meşəli, 47-si Kərgicahan üzrə, 35-i işgəncə faktı, 3-ü terrorçuluq faktı, 85-i digər epizodlar üzrə olub.

Habelə banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama və s. cinayət törətmiş 48 nəfər barəsində də belə qərarlar çıxarılıb.

Vəliyev deyib ki, məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilib və axtarışa verilməsi ilə əlaqədar müvafiq sənədlərin əməliyyat-axtarış orqanlarına göndərilməsi təmin edilib.

Hərbi prokuror deyib ki, Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı, Srebrenitsa faciələri ilə eyni səviyyədə durur.

"Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir", - o vurğulayıb.

Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)
İllik cəmi 14.44 faiz ilə nağd pul krediti Rabitəbankda mümkündür!
İllik cəmi 14.44 faiz ilə nağd pul krediti Rabitəbankda mümkündür!
Loading Bars
Xəbər lenti
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Çıraq platformasında hasilat bərpa edilib
Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib
Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb - Ceyhun Bayramov
Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)
Sabah hava necə olacaq?
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)
FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb (FOTO/VİDEO)
Daha bir marşrut xəttində “BakuBus” avtobusları işləyəcək
Mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil - Ekspert
“Xudafərin” və “Qız Qalası” SES-in inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır - Nazir
Ankarada partlayış olub (FOTO/VİDEO)
Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
İllik cəmi 14.44 faiz ilə nağd pul krediti Rabitəbankda mümkündür!
Ceyhun Bayramovla xorvatiyalı həmkarı arasında geniştərkibli görüş keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)
Kəlbəcər və Laçın balı Bakıda yarmarkada - Qiymətlər (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb (VİDEO)
Energetika Nazirliyi yaşıl enerji konsepsiyasını hökumətə təqdim edib
Yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən sabiq hakim məhkəmə zalında həbs edildi
Azərbaycan nefti bahalaşır
Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir - Nazir (FOTO)
Suriyada avtobusun partladılması nəticəsində 14 hərbçi həlak olub
Bu il Qubadlı, Zəngilan və Ağdamda 4 yarımstansiyanın yenidənqurulması başa çatdırılacaq - Energetika naziri
İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı
Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib (FOTO/VİDEO)
Məhkumun həyətindən silah aşkarlanıb (FOTO)
İşğaldan azad olunan ərazilərimizdə 167 qiymətli metal yatağı var - Nazir müavini
DTX rəisi ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Qarabağda 30-dan artıq su elektrik stansiyası bərpa edilir - Nazir
BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb
Bütün xəbərlər