...

Türkiyənin Girəsun şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 15:19 (UTC +04:00)
Türkiyənin Girəsun şəhərində Girəsun Valiliyi və Girəsun Universitetinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə "Xocalı qətliamının 20-ci ildönümü" adlı panel təşkil olunub.
Türkiyənin Girəsun şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin Girəsun şəhərində Girəsun Valiliyi və Girəsun Universitetinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə "Xocalı qətliamının 20-ci ildönümü" adlı panel təşkil olunub.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, paneldə iştirak etmək məqsədilə fevralın 19-20-də səfir Faiq Bağırov Girəsun şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində Bağırov Girəsun valisi Dursun Ali Şahin və Girəsun şəhər bələdiyyəsinin sədri Kərim Aksu ilə görüşüb.

Fevralın 20-də "Xocalı qətliamının 20-ci ildönümü" adlı tədbir öz işinə başlayıb. Tədbir çərçivəsində əvvəlcə Xocalı faciəsini əks etdirən fotosərginın açılışı olub, iştirakçılara Xocalı ilə bağlı təbliğat materialları və kitablar paylanıb. Tədbirdə Şahin, Aksu, Baş nazirin yanında Dövlət Arxivləri Baş İdarəsinin sədr müavini Mustafa Budaq, Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Kamal Çiçək, eləcə də Girəsun Jandarm Qüvvələrinin komandanı, Girəsun Universitetinin tələbə və müəllimləri, yerli əhali iştirak edib.

Səfir çıxışı zamanı qeyd edib ki, xalqımız çoxərslik tarixi ərzində böyük bəlalarla üzləşib, faciələr yaşayıb. Amma bu ümumi bəlanın içərisində Xocalı faciəsi ən dəhşətlisidir, bizim üçün ən ağır yaradır. Xocalı hadisələri onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikməyib, həmçinin, xalqımıza qarşı soyqırım törətmək kimi vəhşi bir yola düşüblər. Ancaq heç nəyə baxmayaraq, Xocalıdakı insanların öz doğma torpaqlarını son ana qədər tərk etmədən faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Tədbirdə çıxış edən Girəsun valisi Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəsinin birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə etdiyini qeyd edib. O, 20 il əvvəl Xocalıda yaşanan faciənin ağrısını hələ də ürəklərində hiss etdiklərini ifadə edərək, Xocalı şəhidlərinə Allahdan rəhmət diləyib.

Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı ilə bağlı hazırlanmış film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti