...

Maliyyə Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 18:42 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Maliyyə Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın Maliyyə Nazirliyində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan danışıb. Qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamıdır.

Bildirilib ki, ümummili lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi istiqamətində müntəzəm addımlar atılıb. Məhz bunun sayəsində son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işləri aparılır.

Çıxış edənlər Xocalı soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarına və şəhidlərimizin qanının yerdə qalmayacağına əminliklərini ifadə ediblər.

"Xocalı soyqırımın 20-ci ildönümün Maliyyə Nazirliyi sistemində qeyd olunması ilə bağlı" Tədbirlər Planına əsasən, yerli maliyyə orqanlarında da Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Xəbər lenti

Xəbər lenti