...

Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2012 03:34 (UTC +04:00)
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib.
Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərib

Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir M. Tsurkov/

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Munun adına məktub göndərib. Bu barədə Trend-ə Daimi Nümayəndəlikdən məlumat verilib.

Məktubda Xocalıda baş vermiş hadisələri və Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətləri barədə ətraflı məlumat verilib.

Sənəddə bildirilib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının öhdəsində olan informasiyanın böyük həcmindən əlavə Xocalıda törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyəti çoxsaylı müstəqil mənbələri və bu faciənin şahidləri də sənədlərə əsaslanaraq təsdiq edirlər. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa konvensiyasından irəli gəlir.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti