...

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2012 10:17 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də saat 15:25-dən 15:30-dək və 21:00-dan 21:05-dək Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19:15-dən 19:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:10-dan 21:25-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:10-dan 22:18-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Düşmən hərbiçilər martın 5-də saat 02:15-dən 02:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamüt kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti