...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynamağı iddia edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2012 10:11 (UTC +04:00)
Praqada Vişeqrad dördlüyünün (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Aİ proqramları iştirakçıları olan ölkələrin XİN rəhbərləri arasında görüşdə Dağlıq Qarabağ məsələsinə xüsusi yer ayrılmadı, lakin həll olunmamış münaqişələr məsələsi müzakirə edildi.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynamağı iddia edir

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir E.Tariverdiyeva /

Praqada Vişeqrad dördlüyünün (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Aİ proqramları iştirakçıları olan ölkələrin XİN rəhbərləri arasında görüşdə Dağlıq Qarabağ məsələsinə xüsusi yer ayrılmadı, lakin həll olunmamış münaqişələr məsələsi müzakirə edildi. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle "Azatutyun" radiostansiyasına müsahibəsində bildirib.

"Biz ümumi cəhətləri müzakirə etdik, o mənada ki, Dağlıq Qarabağ kimi münaqişələrin həllində Avropa İttifaqı daha aktiv rol oynamağı iddia edir. İlk növbədə, əlbəttə ki, bu "Şərq tərəfdaşlığı" proqramının stimullaşdırılmasıdır. О, mahiyyət etibarilə özündə Qarabağ münaqişəsinə cəlb olunmuş ölkələri birləşdirir və bu planda o həmin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinin yeni yollarını tapmağa və yeni qapılar açmağa imkan verir", - komissar deyib.

Habelə, onun sözlərinə görə, Aİ etimadın möhkəmləndirilməsi üçün tədbirlər görməlidir.

"Biz aydın bəyan etdik ki, necə olacağından asılı olmayaraq, əlbəttə ki, tərəflərin razılığı əsasında hərtərəfli və tam həllin bir hissəsi olmağa hazırıq", - Füle deyib.

Xəbər lenti

Xəbər lenti