Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 8 istiqamətdə pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 22-də saat 14:15-dən 14:35-dək və 16:00-dan 16:20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaralar kəndində yerləşən mövqelərimizi, saat 15:30-dan 15:40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:05-dən 16:45-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 09:20-dən 09:25-dək, 09:40-dan 09:50-dək və aprelin 23-də 00:20-dən 00:25-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:00-dan 01:10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs 8 istiqamətdə pozulub
Düşmən cavab atəşi ilə susdurulub.
