...

Azərbaycan XİN Uruqvay xarici işlər nazirinin bəyanatını araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2012 12:22 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Uruqvay xarici işlər nazirinin bəyanatını araşdırır.
Azərbaycan XİN Uruqvay xarici işlər nazirinin bəyanatını araşdırır

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi Uruqvay xarici işlər nazirinin bəyanatını araşdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

Uruqvay Dağlıq Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında dinc nizamlanmasını dəstəkləyir. Ermənistan KİV-in məlumatına görə, bu barədə mayın 4-də Uruqvayın xarici işlər naziri Luis Almaqro erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib.

"Dağlıq Qarabağ Ermənistanla çox sıx bağlıdır. Bu, Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməklə özü üçün seçə biləcəyi gələcəkdir", - nazir deyib.

Abdullayev bildirib ki, Azərbaycanın Argentinadakı səfirliyinə Uruqvay Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək və Ermənistan KİV-in yaydığı məlumatın həqiqətə nə dərəcədə uyğun olub-olmamasını araşdırmaq tapşırılıb.

Onun sözlərinə görə, məlumatın həqiqiliyi öyrənildikdən sonra Azərbaycan XİN rəsmi bəyanatla çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti