Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tarıverdiyeva/
Almaniya Yaşıllar Partiyasının nümayəndəsi, Bundestaqın (parlament) deputatı Folker Bek Dağlıq Qarabağ münaqişəsinin həllini ancaq süh yolunda görür.
Bununla belə, o hesab edir ki, azlıqların öz müqəddəratını təyinetmə hüququna riayət etmək lazımdır. Maraqlıdır ki, deputat beynəlxalq hüququn əsas prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması haqqında heç bir söz deməyib.
Trend-in məlumatına görə, Bek bu barədə öz fikrini çərşənbə günü Bakıda demokratiya məsələlərinə həsr edilmiş tədbirdə bildirib.