...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2012 09:28 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozub

Azərbaycan, Bakı, 25 may /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər mayın 24-də saat 16.10-dan 16.20-dək, 16.50-dən 17.05-dək, 21.30-dan 21.36-dək və 23.05-dən 23.09-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 17.45-dən 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18.35-dən 18.50-dək və 23.10-dan 23.14-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Aşağı Əskipara kəndlərində yerləşən mövqeləri, saat 17.20-dən 18.10-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti