...

Bakıda AŞPA həmməruzəçiləri ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2012 15:02 (UTC +04:00)
Milli Məclisdə çərşənbə günü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıblar.
Bakıda AŞPA həmməruzəçiləri ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə çərşənbə günü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıblar.

Bu barədə Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin deputatları həmməruzəçilər Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə xüsusilə AŞPA-da Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini müzakirə ediblər.

Görüşdə həmməruzəçilərə Azərbaycanda həyata keçirilən hüquqi, demokratik islahatlar, Avropa Şurası qarşısındakı öhdəliklərin icrası barədə məlumat verilib.

Müzakirələr zamanı Avropadakı bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığı qeyd olunaraq, Monitorinq Komitəsinin həmməruzəçilərinin hazırlayacaqları məruzənin obyektivliyi və əhatəliliyi ilə antiazərbaycan qüvvələrə layiqli cavab olacağına inam ifadə olunub.

Xəbər lenti

Xəbər lenti