...

ATƏT-in cəbhə xəttində monitorinqi insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2012 13:44 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycanın Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb.
ATƏT-in cəbhə xəttində monitorinqi insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycanın Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.

Qeyd edək ki, son həftələr Ermənistan Silahlı Qüvvələri həmin istiqamətdə atəşkəs rejimini intensiv pozur.

Xəbər lenti

Xəbər lenti